Türkiyənin Antarktida iddiası: Bu qitə gələcəyin savaş meydanı olacaq – TƏHLİL

Türkiyənin Antarktida iddiası: Bu qitə gələcəyin savaş meydanı olacaq – TƏHLİL
  15 May 2016    Oxunub:38398
1998-ci ildəqəbul edilmiş "Antarktida ətraf mühitin qorunması prokolu"nun hüquqi təsiri 2048-ci ildə sona çatacaq. Bunu nəzərə alan Türkiyə Antarktidada heç kəsdən asılı olmayan elmi-tədqiqat bazası qurmaq istiqamətində çalışmaqadır.

İlk dəfə 2013-cü ildə Türkiyədən 2 elm adamı geofizika və seysmologiyaya aid araşdırma aparmaq məqsədilə 45 günlük Antarktidada olub. Həmin səfərin ardından Türkiyə dövləti Antrakidada ciddi tədqiqat aparılması üçün müəyyən proqam qəbul etdi. İlk təşəbbüskar keçmiş baş nazir Əhməd Davudoğlu idi. O, 2014-cü ildə "Antarktida müqaviləsi"nə qoşulmaq üçün qanun hazırlayaraq, TBMM-yə təqdim etdi. Lakin müəyyən səbəblərdən məsələ yarımçıq qaldı.

1996-cı ildə qurulan "Arktik konqress"ə Çin, Hindistan, İtaliya, Yaponiya, Cənubi Koreya, Sinaqpur müşahidəçi üzv qəbul edilib, Türkiyə və AB isə "ad hoc" statusuna malikdirlər. Yəni toplantılara simvolik olaraq, həm də digər üzvlərin icazəsilə qatıla bilərlər.
1959-cu ildə Antarktida müqaviləsini 50 ölkə imzalayıb, lakin onların 28-i sadəcə qərar vermə prosesinə müşahidəçi kimi qatılırlar. 1991-ci ildə hazırlanmış Antarktidada çevrənin qorunması protokolu ilə Qitənin təbii sərvətlərindən istifadə 50 illik müddətə qadağan edilib.

Hazırda Qitədə 30 ölkə fəaliyyət göstərir ki, onların önündə ABŞ gəlir. ABŞ hər il Antarktidada olan araşdırma bazaları üçün 300 milyon dollar xərc çəkir. ABŞ-ın Cənub Qütbündə 3 bazası, bir neçə düşərgəsi və tədqiqat avadanlıqları var. Burada ABŞ-a əsas logistik dəstək verən hərbi güclər Yeni Zelandiyadakı ABŞ hərbi bazalardan uçuşlar edirlər.



Türkiyənin Antarktidada araşdırma aparmış çox az sayda elm adamı var, onların da çoxu ABŞ-a məxsus bazalarda çalışıblar. Yeni qurulmuş "Qütb Araşdırmaları Mərəzi" Türkiyənin Şimal və Cənub Qütblərində gələcəkdə söz sahibi olmasına şərait yaracaq.

Türkiyənin əsas hədəfi Qitədə sırf özünə aid baza qurmaq və burada elmi axtarışlarla yaxından məşğul olmaqdır. Ola bilər ki, gələcəkdə Hindistan kimi (Hindistana bu təklif Rusiya tərəfindən edilib) bölgənin enerji projelərində iştirak etmiş olsun.

Türkiyə əsas məqsəd kimi ionesfer, maqnit dalğaları, meteor, fizika, astrofizika sahələrində çalışmağı hədəfləyib. Öncəki ekspedisiya zamanı türk elm adamları Rusiya, Çili, Çin və Bolqarıstana məxsus bazalarda qonaq kimi qalıb çalışıblar. Elə ona görə də Türkiyə yerləşəcəyi ərazini Rusiyanın qoşuluğunda seçib.

Hər bir ölkənin elmi araşdırmalar məqsədilə istədiyi qədər ərazidən istifadə etmək hüququnun olduğunu nəzərə alan 16 türk alim sırf elmi araşdırmaya köklənib. Bu komandada biologiya, geofizika, astrofizika, zoologiya, botanika, fizika və okeanoqrafiya üzrə alimlər toplanıblar. Həmin akademik heyətin üzvləri hərbi dəniz qüvvələrində sağqalmaq üzrə təlimlər də keçiblər.

Dövlətləri Antarktidaya cəlb edən nədir?

Ümumiyyətlə, ekspertlər Arktik bölgədə (Şimal Qütbü) və Antarktikada (Cənub Qütbü) qlobal istiləşmənin nəticəsində təxminən 2030-40-cı illərədək buzlaqların əriyəcəyini proqnozlaşdırırlar. Buzlaşmanın əriməsi nəticəsində üzə çıxacaq təbii ehtiyatlara yiyilənmək üçün kiçik dövlətlər də böyük dövlətlərlə yanaşı, bölgədə öz yerini tutmaqda çox maraqlıdırlar.


Xüsusilə də şirin su qaynaqları bölgənin strateji önəmini daha da artırır. Dünyadakı içməli suyun yüzdə 67%-i Antarktidanın payına düşür. NASA-nın açıqlamasına görə, tək bir aysberq Kaliforniyanın yüz illərlə su təlabatını qarşılaya bilər.



1980-ci illərdən bu yana Səudiyyə Ərəbistanı müxtəlif konfranslarda aysberqlərin susuzluqdan qıtlıq çəkən ölkələri təmin edə biləcəyi fikirlərini səsləndirir. Buradan da belə görünür ki, gələcəkdə savaşların içməli su üstündə baş verməsi qaçılmazdır.

Antarktidada təhlükəsizlik problemləri hələ də qalmaqdadır. ABŞ və Rusiyadan xaric, əlavə 7 ölkənin (Argentina, Avstraliya, Çili, Fransa, Yeni Zelandiya, Norveç, Britaniya) Antarktida üzərində konkret ərazi iddiaları var.

ABŞ açıq iddia ilə çıxış etmir, Qitədə torpaq payına sahib olduğunu bütün dünyaya açıq bəyan edir. Rusiya isə SSRİ-dən qalma torpaq iddialarına sahib çıxır. Brazilya bölgədə özünün marağında olan torpaq ərazisini hər kəsə elan edib. Peru və CAR isə Antarktidada əraziyə sahib olduqlarını rəsmən açıqlayıblar.

Bu günə qədər sülh şəraitində keçən ərazi iddialarına baxmayaraq, ekspertlər güman edir ki, yaxın zamanlarda bölgəyə gələcək Çin və Hindistandan sonra Antarktidada hərbi kontingent yerləşdiriləcək.

(Ardı var)

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti