“Neftçi”nin baş məşqçisi istefa verdi
Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
İstefaya səbəb "Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsində o qədər də güclü olmayan Albaniya təmsilçisinə uduzub mübarizədən kənarda qalmasıdır.
Qeyd edək ki, “Neftçi” sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
AzVision.az