Əbülfəs Qarayev Rusiyada mükafatlandırıldı

Əbülfəs Qarayev Rusiyada mükafatlandırıldı
  01 İyun 2016    Oxunub:1891
Rusiyanın Moskva şəhərində mayın 26-31-də keçirilən "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Sərgisinin 10-cu yubiley tədbirində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az -a verilən məlumata görə, sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim olunur.

Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Nazir bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə çox fəal iştirak etməsi və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.

Qeyd edək ki, festivalın əsası 2007-ci ildə Moskvada "Mədəniyyətin dəstəklənməsi və incəsənətin inkişafı Fondu" tərəfindən (fondun rəhbəri: Vera Nikolayevna Kiseleva) qoyulub. Festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın xalq rəssamı Zurab Tsereteli, xalq rəssamı Tahir Salahov, Pyer Karden kimi məşhur şəxsiyyətlər daxildir. Azərbaycan ilk illərdən bu festivalda uğurla təmsil olunur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar rəssamlar Fərman Qulamov, Rəşad Mehdiyev, Sakit Məmmədov, rəssam Namiq Məmmədov və gənc rəssam Məryəm Ələkbərli bu festivalın müxtəlif nominasiyalar üzrə birinci mükafatına ("Vera" mükafatına) layiq görülüblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti