Türkiyədən Almaniyaya etiraz: Səfir XİN-ə çağırıldı

Türkiyədən Almaniyaya etiraz: Səfir XİN-ə çağırıldı
  02 İyun 2016    Oxunub:2034
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Yasin Aktay Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı qəbul etməsinə münasibət bildirib.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Yasin Aktay Bundestaqın bu qərarının Türkiyə ilə münasibətlərə zərbə vuracağını deyib.

Türkiyənin hakim partiyası Almaniyanın “erməni soyqırımı”nı tanımasına cavab olaraq Türkiyə Böyük Millət Məclisində ortaq deklarasiya yayımlanmasını irəli sürəcək.

Eyni zamanda qanun layihəsinin qəbulundan sonra Almaniyanın Türkiyədəki səfiri Ankaraya çağırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti