Budapeştdə gənc rəssamlarımızın sərgisi keçiriləcək

Budapeştdə gənc rəssamlarımızın sərgisi keçiriləcək
  02 İyun 2016    Oxunub:2147
İyunun 21-dən 26-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın gənc qadın rəssamlarının sərgisi keçiriləcək.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində təşkil olunacaq sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş ediləcək.

Bu barədə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi Budapeşt ictimaiyyətini Azərbaycanın gənc istedadları ilə tanış etmək, bu ölkədə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə yardımçı olmaq, bütövlükdə Azərbaycanın tanıdılmasına kömək etməkdir.

İctimai Birliyin sədri vurğulayıb oxşar mədəniyyət tədbirləri dünyanın müxtəlif ölkələrində artıq bir neçə ildir ki, təşkil olunur. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan dövlətinin dəstəyi ilə Vaşinqtonda, Melbrunda, Romada, Berlində belə sərgilər təşkil edib. Ötən ilin yayında isə Lüksemburqda gənc rəssamların əsərləri nümayiş edilib.


Teqlər:





Xəbər lenti