`Azərbaycanın düşməni bizim düşmənimizdir` - Binəli Yıldırım
“Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edib. Ankarada baş verən və bütün milləti kədərləndirən bir hadisə zamanı Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya gəlməsi, kədərimizə şərik çıxmaqla yanaşı, ürəyimizdə taxt qurdu.
Azərbaycanlı qardaşlarımızın haqlı davasında sonuna qədər yanındayıq. Dostunuz dostumuz, düşməniniz düşmənimizdir.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu məsələnin həllinin uzadılmasının mənası yoxdur, Ermənistanın etdiklərinə "dur" deməyin vaxtı çatıb. Türkiyə olaraq prosesi davamlı surətdə izləyirik. Beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəkməlidir. Azərbaycan torpaqları işğaldan azad edilsə bu məsələ öz həllini tapacaq.
Avropa ölkələri niyə Xocalı soyqırımını gündəliyə çıxarmır? Xocalı soyqırımı yüz il əvvəl deyil, yaxın tarixdə baş verib. Bunu onlar niyə görmürlər? Burada da bir ikili standart var".
Baş nazir əlavə edib ki, beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində vacib qərarlar qəbul edir, lakin iş Azərbaycan və Türkiyəyə çatanda bu təşkilatların mövcudluğu sadəcə görünmür və bu, ikili standartların bariz nümunəsidir: "Beynəlxalq birlik Azərbaycana qarşı ikili standartlardan imtina etməlidir".
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


