Ağdaşdakı seçkilər 10 kamera ilə izləniləcək

Ağdaşdakı seçkilər 10 kamera ilə izləniləcək
  03 İyun 2016    Oxunub:1440
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 26 may 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub. Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib.

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsi də iclasda müzakirə edilib. Komissiya seçki günü səsvermə məntəqələrindən kənarda da proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə seçki dairəsi üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25%-ində) veb-kamera quraşdırılmasına qərar verib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik edilib.

Komissiyanın iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Ərizəçilərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

İclasda cari məsələlərə də baxılıb.

AzVision.az


Teqlər:






Xəbər lenti