“Yalan İllüziyası 2” “CinemaPlus”da nümayiş olunacaq - VİDEO

“Yalan İllüziyası 2” “CinemaPlus”da nümayiş olunacaq - VİDEO
  04 İyun 2016    Oxunub:5890
“CinemaPlus” son ayların ən reytinqli filmini dünya premyerasından 3 gün öncə nümayiş etdirəcək.
Bu barədə kinoteatrdan AzVision.az-a daxil olan məlumatda bildirilir.

Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini dünya premyerasından 3 gün öncə keçirəcək.

Filmin rejissoru Con M. Cudur. Filmdə baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayacaq.

Qısa olaraq film haqqında: “Dörd atlı”, dünyanın ən yaxşı illuziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha da müasir olub, düşmənləri isə - təhlükəli. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməkdir...

Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir. Tədbirə iri şirkətlərin sahibləri, şou biznes ulduzları, məşhur jurnalistlər və bloqqerlər dəvət olunub. Tədbir ayın 6-sı saat 19:00-da başlayacaq.



Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti