Nazirlik: “Müasir tələblərə cavab verməyən müəllimlər var”

Nazirlik: “Müasir tələblərə cavab verməyən müəllimlər var”
  26 İyul 2013    Oxunub:1089
“Şagird və valideynləri qane etməyən konkret müəllimlərə münasibətdə ictimaiyyət də prinsipial mövqe tutmalıdır”
Təhsil Nazirliyi orta məktəblərdə müasir tələblərə cavab verməyən müəllimlərin olduğun bildirib. AzVision.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi facebook səhifəsində məlumat verilib. Bildirilib ki, heç şübhəsiz, təhsil müəssisələrində yeksək peşəkarlığı və elmi-metodik hazırlğı ilə fərqlənən müəllimlərlə yanaşı, müasir tələblərə cavab verməyən bəzi müəllimlər də vardır.

“Belə müəllimlər ixtisasartırma kurslarına cəlb olunur, onlar üçün yerlərdə öyrədici seminar və treninqlər təşkil edilir. Eyni zamanda son bir neçə ildir ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyində təşkil edilən test vasitəsi ilə həyata keçirilir. Bu, hazırlıqsız müəllimlərin məktəblərə təyin olunmasının qarşısının alınmasında mühüm rol oynayır. Şagird və valideynləri qane etməyən konkret müəllimlərə münasibətdə ictimaiyyət də prinsipial mövqe tutmalıdır. Bu işdə valideyn komitələri, valideyn-məktəb assosiasiyaları fəallıq göstərməli, öz fikirlərini açıq bildirməlidir”-deyə, Nazirlikdən bildiriblər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti