İlham Əliyev sədr seçildi

İlham Əliyev sədr seçildi
  04 İyun 2016    Oxunub:2674
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.
AzVision.az xəbər verir ki, bununla bağlı qərar Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında qəbul olunub.

İclas iştirakçıları qərarı yekdilliklə qəbul ediblər. İclasda Əlaqələndirmə Şurasının yeni tərkibi də formalaşdırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə şuranın icraçı katibi seçilib.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə iclası keçiriləcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti