Məktəblilər arasında şahmat turnirinə yekun vurulub

Məktəblilər arasında şahmat turnirinə yekun vurulub
  06 İyun 2016    Oxunub:1824
Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda I yeri Quba şəhər 2 nömrəli ümumi təhsil məktəbinin, II yeri Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin, III yeri isə Ucar rayon 1 nömrəli ümumi təhsil məktəbinin komandası tutub.
Yarışın sonunda qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.

Turnirin məqsədi 1-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək, valideynlərin məktəb həyatında daha fəal iştirakına nail olmaq və şagirdlər arasında şahmat idman növünü yaymaqdan ibarətdir.

Cari ilin aprelindən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarət olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti