Sarkisyanın iştirak etdiyi toyda Azərbaycana qarşı təxribat

Sarkisyanın iştirak etdiyi toyda Azərbaycana qarşı təxribat
  06 İyun 2016    Oxunub:5502
Xəbər verdiyimiz kimi, iyunun 5-də Moskvada dəbdəbəli toy mərasimi keçirilib. Erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

Toyda qeydə alınan maraqlı məqamlardan biri də mərasimdə Azərbaycan musiqisinin səslənməsi olub. Belə ki, mərasimdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi erməni rəqsi kimi təqdim olunub. Rəqqaslar məhz bu musiqinin sədaları altında rəqs ediblər. Onların bu rəqsi "milli rəqs" adlandırılıb.

Sarkisyan Azərbaycan musiqisinin səsləndiyi toyda - VİDEO

Müəllif Hüquqları Agentliyindən AzVision.az-a verilən məlumata görə, ermənilərin Azərbaycan müsiqisinə qarşı növbəti təxribatı ilə bağlı araşdırma aparılır.

Agentlikdən bildirilib ki, araşdırmanın nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Qeyd edək ki, erməni milyarderin oğlunun toyunda Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.

Toy azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Safisa" şadlıq sarayında olub.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur "Maroon 5" qrupunun solisti Adam Levinin çıxışı isə toyda iştirak edənlər üçün sürpriz olub.
Bəy və gəlin toya gəlmiş 500-dən artıq qonaq qarşısında bu musiqi altında rəqs ediblər.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti