Nazirlik Zika virusu ilə bağlı hərəkətə keçdi
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, təhlükəsizliyi təmin etmək üçün xüsusi çantalar sifariş olunub.
Nazirlik rəsmisi qeyd edib ki, qurumun nəzdindəki Diaqnostika və Reabilitasiya Mərkəzinə 120 çanta sifariş verilib.
“Çantaların içərisində ağcaqanad əleyhinə xüsusi spreylər, iynələr (ağcaqanad dişlədikdə həmin iynələr zəhəri çölə çıxartmağa yardımçı olacaq), mazlar, bintlər var. Atletlər kəndində nümayəndə heyəti, idmançılara bu çantalardan veriləcək”.
Qeyd edək ki, Zika virusu Latın Amerikası və Afrika ölkələrində ağcaqanadlar vasitəsilə sürətlə yayılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


