`Bakıda turistlərin ibadət etmələri üçün şərait yaradılıb`

`Bakıda turistlərin ibadət etmələri üçün şərait yaradılıb`
  07 İyun 2016    Oxunub:1767
Bakıda “Formula-1” yarışlarını izləmək üçün gələn qonaqların dini ayinlərini həyata keçirə bilməsi üçün əlavə tədbirlər görülüb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri Azərbaycanda qonaqların dini ayinlərini icra etməsi üçün lazımı şəraitin yaradıldığını bildirib.

“Azərbaycanda məscidlər, kisə və sinaqoqlar birgə fəaliyyət göstərir. Biz həm sinaqoqlarda, həm kilsələrdə, eyni zamanda məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. Gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti