Azərbaycanın rok-qrupu Gürcüstanda qalib gəldi

Azərbaycanın rok-qrupu Gürcüstanda qalib gəldi
  07 İyun 2016    Oxunub:5656
Gürcüstanın paytaxtında keçirilən “Tblisi JAM” rok festivalında Azərbaycanın `Pyraweed` qrupu qalib gəlib.

Qrup dekabrdan festivala hazırlaşırdı. Fevral ayında iştirak üçün müraciətləri qəbul olunub.

Festival iyunun 4-də baş tutmalı idi, amma dini fanatiklərin etirazı nəticəsində konsert təxirə salınıb. Daha sonra isə təşkilatçılar müsabiqəni klubda keçirməyi qərara alıblar.

Müsabiqədə Azərbaycan, Gürcüstan və Ermənistandan olan qruplar öz mahnılarını ifa ediblər. Münsiflər üstünlüyü `Pyraweed`-ə verib.


Teqlər:





Xəbər lenti