Məzarlıqlarla bağlı xüsusi qərar veriləcək
Komitə sədrinin sözlərinə görə, Nazirlər Kabinetinin “Məzarlıqlar haqqında” xüsusi qərarı olacaq: “Bununla əlaqədar işçi qrupun bir necə dəfə toplantısı keçirilib. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qanun layihəsi üzərində iş yekunlaşıb”.
Şəhid məzarlıqlarına gəldikdə isə M.Qurbanlı deyib ki, şəhid məzarları ilə bağlı məsələ qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb: “Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


