Prezident Almaniyanın vitse-kansleri ilə görüşüb

Prezident Almaniyanın vitse-kansleri ilə görüşüb
  07 İyun 2016    Oxunub:1671
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Berlində Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb.
AzVision.az xəbər verri ki, görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edildi, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.

Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  






Xəbər lenti