Vəkili Əli İnsanovla bağlı xəbəri təkzib etdi - Yenilənib

Vəkili Əli İnsanovla bağlı xəbəri təkzib etdi - Yenilənib
  07 İyun 2016    Oxunub:6496
Əli İnsanovun vəkili Toğrul Babayev eks-nazirə qarşı cinayət işinin açılması barədə məlumatları təkzib edib.
Vəkil AzVision.az-a açıqlamasında bildirib ki, Ə.İnsanova cinayət işi açılmayıb, hüquqşünas Namizəd Səfərovun yaydığı məlumat tamamilə yalandır.

***

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülüb.

AzVision.az xəbər verir ki, bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 315-ci -hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti