Milli Məclis iyunun 14-də toplanacaq

Milli Məclis iyunun 14-də toplanacaq
  08 İyun 2016    Oxunub:2095
Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub.

Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti