Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?

  08 İyun 2016    Oxunub : 1134
Ötən günün ən mühüm xəbərləri - Nələr oldu?
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 7-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Gürcüstanda 5 ayda rekord - Azərbaycanlılar birincidir

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstana rekord sayda turist səyahət edib.

***

Çex prezident İrəvana gedir - Gündəmdə Qarabağ da var

Çexiya prezidenti Miloş Zeman İrəvana səfər edəcək.

***

Deputatdan Cem Özdemirə məktub: `Almaniya üzr istəyəcək`

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyi Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə 2 iyunda Almaniya Bundestaqında Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi, milliyətcə türk olan Cem Özdemirə alman dilində müraciət ünvanlayıb.

***

`Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır` - MSK sədri

Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi” mövzusunda seminar keçirilib.



AzVision-un ermənidilli versiyası işə düşdü

İyunun 7-də AzVision.az saytlar qrupuna daha biri – erməni dilində fəaliyyət göstərən a href="url" target="_blank"> hayatsk.info əlavə olunub.

***

Ermənistanda yüksək vəzifəli məmur işdən çıxarıldı

Ermənistanın Mülki Aviasiyası Baş İdarəsinin rəhbəri Artyom Movsesyan tutduğu vəzifədən azad edilib.

***

`Akademiyada hara baxırsan, aspirant qızdır` - AMEA prezidenti

Prezidentin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq və buna görə ölkə başçısına təşəkkürümüzü bildiririk”. Bunu Azərbaycan Mili Elmlər Akademiyasının pezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.

***

İstanbulda terror: 11 ölü, 36 yaralı

İstanbulda avtobus dayanacağının yaxınlığında terror aktı törədilib.

***

`Radikal qruplaşmalar Azərbaycanda baza yaratmağa cəhd edir`

“Radikal dini qruplaşmalara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”. Bunu Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

***

Məzarlıqlarla bağlı xüsusi qərar veriləcək

“Məzarlıqlar haqqında” qanun layihəsinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir. Bu, qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların formalarında, məzarlıqların idarəolunması ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı deyib.

***

Maştağada xüsusi əməliyyat : 3 nəfər tutuldu

Polis Bakının Maştağa qəsəbəsində əməliyyat keçirib.



Prezident Azərbaycan-Almaniya biznes forumunda - Fotolar

İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.

***

İlham Əliyev: `Atəşkəs olduqca kövrəkdir` (Video)

"Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz". Bunu prezident İlham Əliyev bu gün Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

***

`Putin seçim etməlidir` - Çavuşoğludan Moskvaya mesaj

Rəsmi Ankara “Su-24” təyyarəsinin vurulmasından sonra Moskva ilə əlaqələrin normallaşdırılmasına dair birbaşa danışıqlar aparmır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

***

Sarkisyanın danışıqlara gətirilməsi - KARİKATURA

İyun danışıqları yaxınlaşdıqca, Sarkisyan yenə də prosesi pozmağa çalışır.

***

Necdet Ünüvar: `Bundestaq Xocalı soyqırımını görməzdən gəlir` - EKSKLÜZİV

”Bundestaqın qondarma “erməni soyqırımı”nı tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etməsi Türkiyə ilə Almaniya arasında əlaqələrə zərər vurdu”

Bunu AzVision.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib.

***

`Qarabağda güc balansı olduqca vacibdir` - Erməni vitse-spiker

“Dağlıq Qarabağda güc balansı olduqca vacibdir və Rusiya rəsmiləri buna razıdırlar”. Bunu Rusiya-Ermənistan parlamentlərarası komissiyalarının Kazan və Moskvada keçirilən görüşlərinin yekunlarına dair jurnalistlərə açıqlamasında Ermənistanın vitse-spikeri Ermine Naqdalyan bildirib.

***

`Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır`- İlham Əliyev

“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

***

Əliyevlə Merkelin Qarabağ müzakirəsi: `Rusiya həlledici rol oynayır`

Almaniya kansleri Angela Merkel hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib.



Azərbaycanlılar Merkelin ofisi qarşısında aksiya keçirdi

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib.

***

`Azərbaycan və Ermənistandan cavab gözləyirik` - Rusiyalı həmsədr

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur". Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov “İnterfaks” agentliyinə müsahibəsində deyib.

***

Bu dərmanları satanlar cərimələnəcək - 7 min manat

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

***

`Müharibə istəmirik, bizə sülh lazımdır` - Prezident Berlindən mesajlar verdi

Ermənistan Azərbaycan ərazilərini güc yolu ilə işğal edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

***

`Müharibədə iştirak etməyə hazıram` - Polad Bülbüloğlu

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Metsamor AES ilə bağlı təhlükə haqqında danışıb.

***

Terrorda yaralanan azərbaycanlı: `Güclü zərbədən yerə yıxıldım`

Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir.

***

Şamaxıda dəhşət: Qardaş qardaşı güllələdi

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib, həyat yoldaşını isə yaralayıb.



Əliyev Merkellə nədən danışdı? - FOTOLAR

İyunun 7-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin görüşü olub.

***

Tovuz sakininin Ermənistana keçməsi ilə bağlı Açıqlama

Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır.

***

Prezidentin Berlin səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri iyunun 7-də başa çatıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az

Teqlər: