Şəhid baş leytenantın qızı dünyaya gəldi

Şəhid baş leytenantın qızı dünyaya gəldi
  08 İyun 2016    Oxunub:10650
Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun baş leytenantı Ziya Həsənovun ötən gün qız övladı dünyaya gəlib.
AzVision.az-ın məlumatına görə, şəhidin yaxınları sosial şəbəkələrdə bu barədə yazıblar. Şəhidimizin arzusunu yerinə yetirərək dünyaya gələn qız övladına Yağmur adı qoyulub.

Qeyd edək ki, şəhid zabitimiz Ziya Həsənov Bərdə rayonunda dəfn edilib.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti