Azərbaycanda 1030 nəfər özünü öldürmək istəyib

Azərbaycanda 1030 nəfər özünü öldürmək istəyib
  08 İyun 2016    Oxunub:2228
“2015-ci ildə toksikologiya şöbəsində 2462 xəstə hospitalizasiya olunub. 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olub”.
AzVision.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr 1030 nəfər olub.

Daxil olan xəstələrin əsas qrupu “Dərman zəhərlənməsi” diqanozudur ki, belə xəstələrin sayı 823 (33,4%) olub.

II yerdə dəm qazı və digər toksiki qazlarla zəhərlənmələridir. Bu diaqnozla daxil olan xəstələrin sayı isə 502 (20,4%) nəfərdir. III yerdə yandırıcı məhlullardan zəhərlənmə diaqnozu ilə daxil olan xəstələrdir ki, onların sayı 350 nəfərdir. (14,2%).

A.Maqsudov bildirib ki, daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). 15 yaşına daxil olmuş uşaqların sayı 419 nəfər (17%) olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti