Bakıda hər gün 5-6 kişi içkidən xəstəxanalıq olur
“Uşaqlar arasında yandırıcı məhlullarla zəhərlənmələr 80 faiz təşkil edir. Uşaq zəhərlənmələrində ikinci yerdə məişət-kimyəvi zəhərlənmələri (10 faizi ), üçüncü yerdə isə polivitaminlənmələr, antibiotiklərlə( 4-5 faiz) zəhərlənmələrdir. Nəticədə ağır formalarda ağız boşluğu, qida borusu, mədənin kimyavi yanığı ilə müraciətlər daxil olur. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını uşaqların əliçatan yerlərə qoyur və nəticədə uşaqlar onu qəbul edərək zəhərlənməyə məruz qalırlar. Bundan əlavə, uşaqlar xəstələndikdə onlara təyin olunan dərman preparatlarının dozası artıq verilir və bu da mənfi nəticəyə səbəb olur”.
Şöbə müdiri qeyd edib ki, toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir. “Bu böyük problemdir. Biz dəfələrlə sirkə turşusunun faizinin azaldılması ilə bağlı müraciət etmişik. Əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi hardasa 75%-dir. Ona baxmayaraq, sirkə turşusu içənlər arasında ölüm faizi çoxdur. Hər ay 10-15 xəstə qəbul olunur. Onların da 80-90%-i ağır və kəskin ağır vəziyyətdə olur. Əsas ölüm faizi sirkə turşusu ilə zəhərlənmələr verir”.
A.Maqsudov vurğulayıb ki, il ərzində 2 mindən çox xəstə Toksikoloji Mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. “2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhrələnmələri nəticəsində olur”.
A.Maqsodov sərxoş vətəndaşlarla bağlı müraciət edib. O bildirib ki, hər gün axşam saatlarında 25-40 yaş araşı 5-6 kişi sərxoş halda xəstəxanaya gətirilir.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


