Cinayətkar `Samo` Sarkisyandan vəzifə istəyir
AzVision.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Qalust Saakyan general Samvel Babayanın ölkəyə qayıtması və səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.
Jurnalistlərin “hökumət Babayanı niyə qəbul etməyib?” sualına cavab verərkən Saakyan bəyan edib ki, onda Babayanın hökumətə müraciət etməsinə dair məlumat yoxdur.
Spikerin fikrincə, əgər Babayan xalqa kömək etmək istəyərsə, onda qoy, etsin. Onun sözlərinə görə, ölkə rəhbərliyində Samvel Babayanın potensialı barədə təəssürat yoxdur.
Prezident Serj Sarkisyanın Samvel Babayanın borclarını bağlamasına dair xəbərlərə gəlincə, Saakan bu barədə məlumatsız olduğunu deyib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


