Əliyev və Sarkisyan Praqada görüşə bilər
AzVision.az xəbər verir ki, bunu Zeman erməni həmkarı Serj Sarkisyanla görüşdə bildirib.
O, ümid edir ki, Ermənistan və Azərbaycan prezidentləri münaqişənin həlli ilə bağlı danışıqlarda ortaq məxrəcə gələ biləcək.
“Ermənistana səfər etməmişdən əvvəl Azərbaycanda oldum. Harada olmağımdan asılı olmayaraq mənim bəyanatlarım və mövqeyim dəyişilməzdir. Mən Əliyevə Fransa ilə Almaniyanın düşmənçiliyi və bu düşmənçiliyi necə aradan qaldırdıqlarını xatırlatdım. Ümid edirəm ki, bunu Azərbaycan və Ermənistan arasında da etmək mümkün olacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


