İlham Əliyev Kadırovun şəxsi nümayəndəsini qəbul etdi
Dövlət başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb. Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib. Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyən dövlət başçısı əldə edilən uğurlar münasibətilə çeçen xalqına və şəxsən Ramzan Kadırova təbriklərini çatdırıb. Dövlət başçısı müqəddəs Ramazan ayının başlanması münasibəti ilə çeçen xalqını təbrik edib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirib.
Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


