Yay düşərgələri bərpa olunacaqmı? - Rəsmi açıqlama
Kimlər nənə və babalarının yaşadığı rayonlara gedəcək, kimlərsə də valideynləri ilə şəhərdə və ya müxtəlif istirahət mərkəzlərində olacaqlar. Sovet dönəmində şagirdlər yay istirahətlərinin səmərəli keçirməsi üçün yay istirahət düşərgələri var idi. Həmin düşərgələrə göndərilən uşaqlar dincəlməklə yanaşı, həm də bu müddətdə faydalı biliklər əldə edir, müxtəlif görməli yerləri gəzirdilər.
Şagirdlərin yay istirahətlərinin səmərəli keçirilməsi üçün hansı addımlar atılacaq?
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin yay istirahət düşərgələrinin səmərəli keçirilməsi ilə bağlı ayrı-ayrı təşəbbüslər var.
“Gələcəkdə şagirdlərin yay istirahətlərinin konseptual həllini nəzərdə tutan layihə üzərində iş aparılır”.
Nazirlikdən həmçinin qeyd edilib ki, ölkəmizin tanıdılması üçün məktəbdənkənar təhsil müəssisələrində mütəmadi iş aparılır.
“Gənc Turistlər və Diyarşünaslıq Mərkəzləri nəzdində fəaliyyət göstərən müxtəlif dərnəklər vasitəsilə tədris ili boyu müxtəlif muzeylərə, mərkəzlərə, dövlət, tarixi və turizm əhəmiyyətli məkanlara maarifləndirici ekskursiyalar təşkil edilir.
Artıq iki ildir ki, mayın 18-i “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən “Məktəblilərin muzeylər həftəsi” təşkil edilir. Ötən ildən başlayan bu proqram 2015-ci ildə Bakı ərazisində 15 muzeyi və daha az məktəblini əhatə edibsə, bu il 12 – 18 may tarixlərində regionlar da daxil olmaqla 52000-dək məktəbli 25 muzey və diyarşünaslıq mərkəzlərinə “Multikulturalizm və muzeylər” mövzusu çərçivəsində ekskursiya olunub. Proqram çərçivəsində məktəblilərin mədəni dəyərlərlər haqqındakı təsəvvürləri düzgün formalaşdırılıb, tarixi-memarlıq kompleksləri, vətən tarixi, eləcə də multikultural dəyərlər haqqında daha geniş məlumat alıblar”.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


