Yaralı gizirin banka olan borcu ləğv edildi

Yaralı gizirin banka olan borcu ləğv edildi
  09 İyun 2016    Oxunub:2971
“Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəkidən hərbi xidmətə çağrılan, ailəsi Mingəçevirdə yaşayan Rahim Tağıyev aprelin 4-də cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə döyüşdə başından ağır yaralanıb”.
AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Deputat bildirib ki, yaralı gizir həmin dövrdən koma vəziyyətindədir. Bir neçə dəfə əməliyyat olunub, vəziyyəti daima xaricdə təcrübə keçmiş həkim nəzarəti altındadır.

“Onun vəziyyəti ilə bir neçə gün əvvəl Mərkəzi Hərbi Hospitalda olarkən maraqlandım. Ailə üzvləri ilə telefonla danışdım, problemləri illə maraqlandım”.

Millət vəkili qeyd edib ki, Rahim Tağıyevin banka olan kredit borcu ləğv edilib.

“Rahim ilyarım bundan əvvəl Dəmirbankdan öz adına kredit götürüb. Banka müraciət edildi və bankın dünənki qərarı ilə yaralı gizirin banka kredit borcu ləğv edilib.

O, beş il əvvəl İpoteka Fondundan “Azəriqazbank” xətti ilə mənzil krediti götürüb, yaralanana qədər vaxtlı-vaxtında ödəniş edib. Gizirin indiki vəziyyəti nəzərə alınaraq məsələ ilə bağlı İpoteka Fondunun hüququ varisinə müaciət edildi. Məsələ sığorta şirkəti ilə araşdırılaraq hal-hazırda ondan ödəniş tələb edilmir və son qərar yaralının sağaılmasından sonra onun maraqlarına uyğun qəbul edilməsi qərara alınıb. Bütün bu nəticələr barəsində yaralı gizirin ailəsinə məlumat verilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti