Bakıda 3 marşrut xətti ləğv edildi
Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə bu gündən etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb. Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək. Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


