Saakaşvili çadıra köçdü, Putin isə yata bilmir

Saakaşvili çadıra köçdü, Putin isə yata bilmir
  09 İyun 2016    Oxunub:3075
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 8-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Erməni hərbçilər qəzaya düşdü - 5 yaralı

İyunun 7-də axşam saatlarında İrəvanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

***

Saakaşvili çadıra köçdü - FOTO

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Odessa-Reni şosesində təmir işləri bitənə qədər, o, yolun yaxınlığında qurulan çadırda işləyəcək.

***

Türk deputatların toxunulmazlığı ləğv edildi

Türkiyə Böyük Millət Məclisi deputatlarının toxunulmazlıq hüququ ləğv olunub.

***

Dünyada ilk - İnsanın başı dəyişdiriləcək

Dünyada ilk insan başı transplantasiyası əməliyyatı gerçəkləşəcək.



Zakir Həsənov cəbhəboyu zonada - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub.

***

`Onların hamısı məhv edilməlidir` - Nazarbayev üzə çıxdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Vladimir Jumakanovu qəbul edib.

***

Sarkisyan Baş prokurora yeni müavin etdi

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Baş prokuroru Qevork Kostanyana yeni müavin təyin edib.

***

Ermənistana keçən qadın kimdir? - ŞOK İDDİA

Ermənistan KİV-lərində yayılan məlumata görə, Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyeva Ermənistana keçib.

***

Azərbaycanda 1030 nəfər özünü öldürmək istəyib

“2015-ci ildə toksikologiya şöbəsində 2462 xəstə hospitalizasiya olunub. 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olub”. Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bu gün keçirdiyi brifinqdə deyib.

***

Banka borcu olan 18 nəfər özünü zəhərləyib

“Banka borcu olduğu üçün krediti ödəyə bilməyən şəxslər arasında sirkə turşusu içərək özlərini zəhərləməyə çalışanlar olub”. Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.



Bakı qızmar yaya hazırlaşır - FOTOSESSİYA

Azərbaycanda yayın gəlişində sayılı günlər qalıb. İyunun 22-də yay fəsli rəsmən ölkəmizə qədəm qoyacaq.

***

Bakıda hər gün 5-6 kişi içkidən xəstəxanalıq olur

“İl ərzində 300-320 uşaq müxtəlif zəhərlənmələrlə bağlı şöbəyə qəbul olunur. Onlar əsasən valideynlərin məsuliyyətsizliyi və etinasızlığı ucbatından olur”. Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

***

Türkiyədə növbəti terror - 2 ölü, 20-dən çox yaralı (VİDEO)

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum zamanı 2 polis həlak olub, 20-dən çox adam yaralanıb.

***

İlham Əliyev müsəlmanları birliyə çağırdı

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

***

`Qaydaları pozmamışam, yalan deyirlər` - Vaqif Əsədov

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xidməti avtomobillə yol hərəkəti qaydalarını pozması haqda yayılan xəbərlərə münasibət bildirib.

***

Deputat döyülən jurnalistləri günahlandırdı
“Hər hansı bir media qurumunun iaşə obyektlərində yoxlama aparmaq ixtiyarı yoxdur. Bununla bağlı çəkiliş öncədən obyekt rəhbərliyi ilə razılaşdırılmalıdır”. Bunu millət vəkili Musa Quliyev ATV-də yayımlanan “Yoxlama” verilişinin əməkdaşlarının restoranda çəkiliş apararkən döyülməsinə münasibət bildirərkən deyib.

***

`Bizi terrorla qorxuda bilməzlər` - Türkiyənin baş naziri

“Türkiyənin Mardin vilayətinin Midyat rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum PKK terror təşklatı tərəfindən təşkil olunub”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

***

Azərbaycanlıya BP-də yüksək vəzifə verildi - FOTO

Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunub.

***

Cinayətkar `Samo` Sarkisyandan vəzifə istəyir

Samvel Babayan Qarabağ müharibəsi zamanı ciddi fiqur olub. O, müharibədən sonra cinayət törədib və daha sonra müxtəlif ölkələrdə yaşayıb. Bayaban hazırda Ermənistana qayıdaraq hakimiyyətdən vəzifə istəyir.

***

Ermənistan daha 2 əsgərini itirdi

Ermənistanda sel nəticəsində iki hərbçi ölüb.

***

İcra məmurlarına yeni səlahiyyət verilir

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox olmayan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsi ilə bağlı müqavilələri və etibarnamələri təsdiq edəcəklər.

***

Bəzi vizalar üçün dövlət rüsumu ləğv edilir

Azərbaycanda birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği azaldılır, bəzi rüsumlar isə ləğv edilir.

***

Ermənistanda tələbələr əsgərliyə aparılacaq

Ermənistan hökuməti həftə ərzində tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə baxacaq.



`Bizə gəldikdə qətnamələr kağız üzərində qalır` - Prezident

“Aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətdi. Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir”. Bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib. Dövlət başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur:

***

Dünyanın ən təhlükəli 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəli ölklərinin siyahısı açıqlanıb.


Yaralı gizirin banka olan borcu ləğv edildi

“Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəkidən hərbi xidmətə çağrılan, ailəsi Mingəçevirdə yaşayan Rahim Tağıyev aprelin 4-də cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə döyüşdə başından ağır yaralanıb”.

***

Putin şikayətləndi: `5 saat yatmışam` (VİDEO)

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə son vaxtlar az yatmasından şikayətlənib.

***

`Azərbaycanda internet azaddır, senzura yoxdur` - İlham Əliyev

"Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur". Bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

***

`Enerji amili bizim üçün artıq prioritet deyil` - Ölkə başçısı

"Bizim böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil". Bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti