Bakı-Quba yolunun Ceyranbatan hissəsi təmir olunur
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğrayan və dağılan hissələri, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq.
Sözügedən işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton töküləcək. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


