1660-dan çox əcnəbi Azərbaycandan çıxarılıb
Müvəqqəti yaşamaq icazəsi almaq üçün məqsədli şəkildə nikaha daxil olan, lakin birgə yaşamayan 2, əvvəllər barəsində deportasiya qərarı qəbul edilmiş, lakin sonradan məqsədli şəkildə pasport məlumatlarını dəyişərək ölkə ərazisinə daxil olan 1 əcnəbi şəxs Xidmət tərəfindən aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8951 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49118 əcnəbinin müraciəti qeydə alınıb.
Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 34 maarifləndirmə tədbiri keçirilib və 638 şəxsə səyyar xidmət göstərilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


