Bakının mərkəzi küçələrindən biri bağlanır

Bakının mərkəzi küçələrindən biri bağlanır
  09 İyun 2016    Oxunub:1908
Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədi ilə paytaxtda bu gün saat 24:00–dan sabah saat 15:00-dək Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov AzVision.az-a bildirib ki, bu istiqamətdə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Şöbə rəisi qeyd edib ki, həmin istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə, hərəkət tənzimlənir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:






Xəbər lenti