Baş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək
  09 İyun 2016    Oxunub:1975
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 17-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lerik şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



Teqlər:  






Xəbər lenti