İlham Əliyevdən Türkiyəyə böyük jest – VİDEO

İlham Əliyevdən Türkiyəyə böyük jest – VİDEO
  09 İyun 2016    Oxunub:4865
Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı Bundestaqda planlaşdırılan görüşlərdən imtina edib.

AzVision.az xəbər verir ki, bu barədə “TRT Avaz” telekanalı məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyev Almaniya səfərinin öncədən müəyyən olunmuş proqramında dəyişiklik edərək Almaniya parlamentindəki görüşlərdən imtina edib.

Ölkə başçısı, həmçinin Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısını da ləğv edib. Bununla da Azərbaycan erməni yalanlarına qarşı Türkiyəyə açıq dəstək verdiyini bir daha bəyan edib.

Xatırladaq ki, bu ilin iyunun 2-də Almaniya Bundestaqı qondarma “erməni soyqırımı”nı təsdiqləyən qətnamə qəbul edib.



AzVision.az


Teqlər:  






Xəbər lenti