Bakıda quşlar təyyarəni gecikdirdi

Bakıda quşlar təyyarəni gecikdirdi
  09 İyun 2016    Oxunub:3065
"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-İstanbul reysi təyyarənin havaya qalxarkən quş dəstəsi ilə toqquşması səbəbindən gecikib.
AzVision.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, toqquşma uçuş-eniş zolağında baş verib və heyət komandiri qaydalara uyğun olaraq uçuşu həyata keçirməmək qərarına gəlib.

P.Kəsəmənski deyib ki, hazırda təyyarəyə texniki baxış keçirilir: "Reysin reallaşdırılmasına icazə təyyarənin saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra veriləcək. İnisdent nəticəsində heç kəs xəsarət almayıb".

Qeyd edək ki, Bakı-İstanbul reysinin uçuşu Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.

AzVision.az


Teqlər:  






Xəbər lenti