Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  09 İyun 2016    Oxunub:1369
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az


Teqlər:  






Xəbər lenti