Ötən günün ən mühüm hadisələri - Xronika

Ötən günün ən mühüm hadisələri - Xronika
  10 İyun 2016    Oxunub:2967
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 9-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

32 yaşlı qardaş boşanmış bacısını niyə öldürdü? - Təfərrüat

Samuxun Hacıalılı kəndində törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

***

Ermənistana keçən qadının kimliyi açıqlandı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.

***

İsraildə silahlı hücum - 4 ölü, 8 yaralı

Tel-Əvivdə baş verən silahlı hücum nəticəsində ölən və yaralanalar olub.

***

Erməni boksçu Bakıya gəlməkdən imtina etdi

Boks üzrə Ukrayna millisinin erməni əsilli üzvü Qevorq Manukyan 16-25 iyun tarixlərində Bakıda keçiriləcək olimpiya lisenziyalı turnirdə iştirak etməyəcək.

***

İsmayıllıda sürüşmə – 7 ailə çadırlara köçürülüb

Basqal yolunda mayın 25-dən başlayan sürüşmə nəticəsində torpaq kütləsi Sərsurə kəndinə tərəf hərəkət edib. Nəticədə təhlükə ilə üzləşən 7 ailə ərazidən təxliyə olunub”. Bunu İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev bildirib.

***

Ermənistana keçən qadının anası: `Qızım bir neçə dəfə evdən qaçıb`

Azərbaycandan Ermənistan keçən qadının kimliyi məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistana keçən qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.

***

Mirşahindən sərt açıqlama: `Onları məhkəməyə verəcəyəm`

ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

***

Həccə getmək istəyənlərin nəzərinə - Tələsin

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün sənəd qəbulunun son tarixi və boş qalan yerlərin sayı açıqlanıb.



Bakıda itlərin `gözəllik salonu` - REPORTAJ (FOTOLAR)

“İtin, pişiyin olum Allah”... Bu, ən çox işlətdiyim deyimlərdəndir. Deyimin necə yaranmasından bixəbər olsam da, bəzən bu ifadələr sözün əsl mənasında yerinə düşür.

***

Məktəbli qızın intihar səbəbi: `Ögey atası onu döyürdü...` (FOTO)

Pirallahı rayonu Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Məşhur müğənni Çovdarovla `əlaqəsindən` danışdı

Tanınmış müğənni Şəbnəm Tovuzlu ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlaqəsinin olması haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib.

***

Bu il 14 ana doğuş zamanı ölüb - Günahkar kimdir?

Son günlər doğuş zamanı ana ölümlərinin artması cəmiyyəti ciddi narahat etməyə başlayıb. Demək olar ki, hər həftə ana ölümləri haqda xəbərlərə rast gəlmək mümkündür.

***

Rusiyada Qarabağ üzrə sammit keçiriləcək

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə edib.

***

`Qızımı pis qələmə vermişdilər` - Oğlu qızını öldürən ana (VİDEO)

Samux sakini bacısını qısqanclıq zəminində qətlə yetirib. Dəhşətli qətllə bağlı ən son təfərrüatlar üzə çıxıb.

***

`Əli Kərimli və Leyla Yunus bir neçə ailəni ölkədən qaçırıb`

“Əli Kərimli mühacir biznesini erməni lobbisinin əli ilə həyata keçirir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qrumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.



İlham Əliyevdən Türkiyəyə böyük jest – VİDEO

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı Bundestaqda planlaşdırılan görüşlərdən imtina edib.

***

Prezidentlərin görüş vaxtı məlum oldu

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

***

Bu il meyvə-tərəvəz qıtlığı olacaq - Ekspert

Son günlər ölkəmizdə havanın qeyri-sabit keçməsi rayonların bir çoxunda kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub. Dolu və yağış əkin sahələrini, bağları yararsız vəziyyətə salıb.



Ermənistana keçən qadının görüntüləri - FOTOLAR

İyunun 7-də Ermənistan tərəfə keçdiyi bildirilən Gədəbəy rayonunun Çiçəkli kənd sakini Qətibə Ələkbərova ruhi xəstə olduğu dəqiqləşib.

***

Dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək

Prezident İlham Əliyev “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

***

3 yaşlı uşağı `dustaq edən` müdirənin videosuna baxılacaq

“3 yaşlı uşağın bağçada dustaq edildiyini öyrənmək üçün tədbirdən çəkilən videogörüntüyə baxılacaq”.

***

Erməni azərbaycanlını döyüb xəstəxanalıq etdi

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbə erməni tərəfindən döyülüb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti