21 iyun, saat 15:51 - Yayın gəlişinə az qaldı

21 iyun, saat 15:51 - Yayın gəlişinə az qaldı
  10 İyun 2016    Oxunub:2150
Bu il yay fəsli Azərbaycana iyunun 21-də Bakı vaxtı ilə saat 15:51-də daxil olacaq.
Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilb.

Qeyd edilb ki, iyunun 21-də Yay Günəş duruşunda olarkən Azərbaycana yay gələcək. 21 dekabr, saat 14:44-də isə Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olacaq.

Rəsədxanadan, həmçinin bildirlib ki, payız fəsli sentyabrın 22-də Bakı vaxtı ilə saat 18:21-də ölkəmizə qədəm qoyacaq və həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti