Ələkbərov Xəzərdən pul qazanacaq

Ələkbərov Xəzərdən pul qazanacaq
  10 İyun 2016    Oxunub:2091
Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoyl” şirkəti Xəzər dənizində yerləşən “Vladimir Filanovsk” yatağında qazma işlərinə başlayıb.
Bu barədə AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən qazma işləri buza davamlı stasionar (LSP-1) platformada həyata keçirilir.

“Bu işlərə başlamazdan əvvəl “Rostexnadzor”dan müvafiq icazə alınıb. Hazırda su təmizləyici kalonların təmizlənməsi işləri aparılır, 21 metrlik dərinlik aşılıb. Bununla da, LSP-1in tikintisinin dəniz mərhələsi qrafika uyğun aparılır”, - deyə məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:






Xəbər lenti