Əsgərimiz özünü yaraladı

Əsgərimiz özünü yaraladı
  27 İyul 2013    Oxunub:980
Azərbaycan Ordusunun əsgəri yaralanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisı Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti