İbrahimbəyovun məhz avqustun 10-da qayıtmasının sirri

  27 İyul 2013    Oxunub : 695
İbrahimbəyovun məhz avqustun 10-da qayıtmasının sirri
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov əvvəlcə iyulun 31-də Bakıya gələcəyini desə də, sonradan bu fikrini dəyişdi. Axırıncı müsahibəsində isə bəyan edib ki, ölkəyə avqustun 10-da qayıdacaq. Maraqlıdır, niyə məhz 10-da? Aradakı 10 gün ərzində İbrahimbəyov nə ilə məşğul olacaq?

Adının gizli qalmasını istəyən siyasi ekspert AzVision.az-ın əməkdaşı ilə söhbətində bunu belə izah edib ki, Rüstəm İbrahimbəyovun bu qərarı onun Bakıya Vladimir Putinlə eyni vaxtda gəlmək istəyilə bağlıdır: “Diqqət edin ki, İbrahimbəyovun fikri onun Bakıya gələcəyi halda həbs oluna biləcəyi haqda xəbərlər yayılandan sonra dəyişdi. Görünür, o, bu xəbərlərdən qorxuya düşüb və ona görə də Vladimir Putin Azərbaycanda olarkən ölkəyə qayıtmaq istəyir. Yəqn düşünür ki, bu halda ona dəyib-toxunan olmaz”.

AzVision.az

Teqlər: