Prezidentlərin görüşünə hazırlıq gedir - Peskov
AzVision.az Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Bu istiqamətdə iş gedir. Belə görüşlərin keçiriləcəyini istisna etmirik”, - deyə Peskov qeyd edib.
Peskov bildirib ki, prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


