BƏƏ-də səfərdə olan Bakcell abunəçiləri üçün yenilik
"Hazırda abunəçilərimiz ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Bakcell olaraq, biz bu siyahını genişləndirməklə yanaşı, abunəçilərimizin rabitə xidmətlərindən və yüksəksürətli internetdən daha ucuz və münasib tariflərlə istifadə edə bilməsinə imkan yaradan ən sərfəli təklifləri təmin etmək üçün mövcud rouminq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Yeni imzaladığımız razılaşma bu istiqamətdə atdığımız daha bir addımdır", - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
Qeyd etmək lazımdır ki, xarici səfərdə olan abunəçilər "Bakcell Roaming" mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiqin vasitəsi ilə öz nömrələrinin balansını asanlıqla artıra bilərlər.
"Bakcell Roaming" mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: https://azvision.az/redirect.php?url=http://www.bakcell.com/az/bakcell-rouminq-ap
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


