Dövlət büdcəsinin icrası təsdiqləndi - Sərəncam

Dövlət büdcəsinin icrası təsdiqləndi - Sərəncam
  10 İyun 2016    Oxunub:2018
Prezident İlham Əliyev `Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında` qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.

Sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti