Ötən gün hansı xəbərlərlə yadda qaldı?

Ötən gün hansı xəbərlərlə yadda qaldı?
  11 İyun 2016    Oxunub:2230
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? İyunun 10-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Avropalı deputat: `Metsamor bütün Avropa üçün təhdiddir`

Avropa Komissiyası Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında yoxlamalar aparmalıdır. Çünki hər bir AES-in maksimal istifadə müddəti var. Bu fikirləri Avropa Parlamentinin Avropa Xalq Partiyası-Xristian Demokratlar Qrupunun üzvü xanım Ramona Nikole Manesku söyləyib.

***

Son 4 ayda 347 azərbaycanlı qız əcnəbi kişiyə ərə gedib

Car ilin son 4 ayında 347 azərbaycanlı qadın əcnəbi kişi ilə nikah bağlayıb.



ABŞ-da Ərdoğana qarşı hörmətsizlik - VİDEO+FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb.

***

Türkiyədən Rusiyanı qəzəbləndirəcək açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı rejimi və Rusiyanın hava əməliyyatlarını sərt tənqid edib.

***

Kim Çen In sözünü tutmadı – Siqaretə başladı (FOTO)

Şimali Koreya lideri Kim Çen In yenidən siqaret çəkməyə başlayıb.

***

Medvedevin bu videosu rekord qırır - VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedevin Krımda təqaüdçünün pensiyaların artırılması barədə istəyinə “Pul yoxdur, dayanın!” deməsini əks etdirən videogörüntülər “Youtube” şəbəkəsində böyük populyarlıq qazanıb.

***

Orucluğa görə ərzaq məhsulları bahalaşıb? - Açıqlama

İqtisadiyyat Nazirliyi Ramazan ayı ilə əlaqədar bazar və marketlərdə bir çox ərzaq məhsullarının qiymətin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, bazar və marketlərdə hər hansı qiymət artımı müşahidə edilməyib.



ASAN-dan yeni rekord - 10 milyon oldu (FOTOLAR)

“ASAN Xidmət”də 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

***

Ağalarov Kirkorovu Bakıya gətirir – VİDEO

İyulun 9-da və 10-da müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə ifaçının sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində “Jara” adlı musiqi festivalı keçiriləcək.

***

Dövlət xidmətləri nə qədər asandır? - Hər il Prezidentə hesabat təqdim olunacaq

“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

***

`Yaşadığım adamın Çovdarovla iş birliyi olub` -Tanınmış müğənni

Mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda ilginc məlumatlar yayılıb.

***

`Avro-2016`-nın qalibi kim olacaq? - Deputatlarımızdan proqnoz

AzVision.az Milli Məclisin futbol həvəskarı olan deputatları arasında sorğu keçirərək “Avro 2016”-da onlardan hansı komandaya azarkeşlik edəcəklərini soruşub.

***

Moskvada Xəzərin bölünməsi müzakirə edilib

İyunun 8-10-da Moskva şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupunun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

***

Ermənistana keçən qadın Azərbaycana qaytarıldı

Beynəlxalq sərhəddi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı Gədəbəy sakini Qətibə Ələkbərova bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycana təhvil verilib.

***

Həkimlərin maaşı xəstələrin sayına görə dəyişəcək

Həkim nə qədər çox xəstə qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

***

Prezidentlərin görüşünə hazırlıq gedir - Peskov

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

***

Şəkidə qəribə olay: Ərindən boşanmaq üçün görün nə etdi - VİDEO

Şəki polisi şəhər ərazisində ictimai asayişi pozan iki nəfər şəxsi saxlayıb. Dindirilmə zamanı məlum olub ki, saxlanılan şəxslər ər-arvaddır.



Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur - SİYAHI

Azərbaycanda son illərdə yeni doğulan körpələrə türk seriallarının qəhrəmanlarının adlarının verilməsi halları artıb.

***

Erməni komandir: `Ölkəmiz xəstədir...` (Video)

Ermənistanın “Arabo” dəstəsinin komandiri, “Birlik” partiyasının təşəbbüs qrupunun üzvü Manvel Yeqiazaryan bildirib ki, gənclər heç bir halda, hətta onların qarşında ciddi sosial problemlər dursa belə ölkəni tərk etməməlidir.

***

Sosial mənzillərin tikintisi başlayır - Nuriyev açıqladı

Yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyük, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

***

`İyunda Qarabağla bağlı görüş olacaq` – Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib.

***

Prezidentlərin görüşü haqda məlumat veriləcək - XİN

"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumatı Prezident Administrasiyası yayacaq. Bu, bizim yox, onların səlahiyyətində olan məsələdir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti