Zərdabda 4 tondan çox çətənə kolu məhv edilib

Zərdabda 4 tondan çox çətənə kolu məhv edilib
  11 İyun 2016    Oxunub:1692
Zərdabda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Zərdab rayon Polis şöbəsi əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 273 kiloqram olan 3787 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 101 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

AzVision.az


Teqlər:






Xəbər lenti