Təbii fəlakət zonasında yollar bərpa olunur

Təbii fəlakət zonasında yollar bərpa olunur
  13 İyun 2016    Oxunub:1566
“Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin AzVision.az-a verdiyi məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə ) güclü su axını nəticəsində yuyulub.

“Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır. Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağıllıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:






Xəbər lenti