İki nəfər suda boğulub

İki nəfər suda boğulub
  13 İyun 2016    Oxunub:1441
Abşeronda və Biləsuvarda suda boğulma faktı qeydə alınıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 12-də Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Rəşad Xəlilov su kanalında çimərkən boğulub. Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Həmçinin iyunun 12-də Biləsuvar rayonunun Amankənd kəndində yaşayan azyaşlı Nuru Hüseynli evlərinin yaxınlığından keçən arxa düşərək boğulub.

AzVision.az


Teqlər:





Xəbər lenti