MSK: Seçki bülletenləri təhvil verilib

MSK: Seçki bülletenləri təhvil verilib
  13 İyun 2016    Oxunub:1806
2016-ci ilin 18 iyun tarixində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə 41409 seçki bülleteni seçki qanunvericiliyinin tələbinə əsasən Dairə Seçki Komissiyasına təhvil verilib.
Bu barədə AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş.Əsədli qeyd edib ki, seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi səsvermə gününə azı 3 gün qalmış, yəni, iyunun 15-dək başa çatdırılacaq.

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə 7 qeydə alınmış namizəd mübarizə aparacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti